Cəlilabadda şəhidin adı küçəyə verilib

Cəlilabadda şəhidin adı küçəyə verilib Cəlilabad rayonunda pilot şəhid mayor Elmir Həsənovun adı küçəyə verilib və xatirə lövhəsinin açılışı olub.
Daxili siyasət
2 Dekabr , 2022 22:17
Cəlilabadda şəhidin adı küçəyə verilib

Cəlilabad rayonunda pilot şəhid mayor Elmir Həsənovun adı küçəyə verilib və xatirə lövhəsinin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı tədbir şəhidin doğulduğu Cəlilabadın Göytəpə şəhərində keçirilib.

Tədbirdə rayon rəsmiləri, DSX-nin əməkdaşları, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər pilot şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Daha sonra onu adı verilən küçənin ad lövhəsinin və xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, şəhid Həsənov Elmir Mircəlil oğlu 1988-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olub. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını bitirdikdən sonra Milli Aviasiya Akademiyasinda kurs keçib və 2010-cu ildən pilot kimi DSX-nin Hərbi Hava Qüvvələrində xidmətə başlayıb.

Xidmətdə olduğu dövrdə mayor rütbəsinə qədər yüksələrək eskadrilya komandiri olub.

Aprel, iyul döyüşləri və Vətən müharibəsində iştirak edib. Xidməti dövründə 1 orden və 6 medalla təltif edilib.

2021-ci il 30 noyabrda Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna eniş zamanı qəza nəticəsində ekipaj üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalıb. Ailəli idi. 2 övladı var.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi