Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib - VİDEO

Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib - VİDEO Video əlavə olunub
Daxili siyasət
110
1 Yanvar , 2020 23:09
Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib - VİDEO

Video əlavə olunub


***18:56

Cəlilabad rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı böyük çoşğu ilə qeyd olunub.

"Report"un Muğan bürosu xəbər verir ki, bu münasibətlə ümumrayon tədbiri keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını əlamətdar bayramlar münasibəti ilə təbrik edib, hər kəsə xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıb. RİH başçısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açıb. Bildirib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən biridir.

İcra başçısı habelə Heydər Əliyevin digər xidmətlərindən, dünya azərbaycanlılarının həmrəyliyinin zəruriliyindən bəhs edib.

Tədbir geniş bayram konserti ilə davam edib.

Son xəbərlər

Orphus sistemi