Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb Cəlilabad rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Daxili siyasət
230
20 Yanvar , 2021 17:35
Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Cəlilabad rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, anım tədbiri Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında keçirilib. Mərasimdə rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə anıblar. Həmçinin şəhidlərin ruhuna dualar oxunub.

Eyni zamanda saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər siqnal verib.

Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.

Son xəbərlər

Orphus sistemi