Yuxarı

Cavid Qurbanov səs verib - FOTO

O,  Nizami rayonu ərazisində 18 saylı Nərimanov-Nizami seçki dairəsi 15 saylı seçki dairəsində səs verib

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsində - referendumda iştirak edib. 

"Report" xəbər verir ki, qurumun sədri Bakının Nizami rayonu ərazisində 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edərək səs verib.

Qeyd edək ki, səhər saatlarından Bakının Nizami rayonu ərazisində 18 saylı Nərimanov-Nizami seçki dairəsində fəaliyyət göstərən seçki məntəqələrində seçicilərin fəallığı müşahidə edilir. Xüsusi aktivliyi qadın seçicilər təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi