Bu il tikinti layihələri ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sənədlərin sayı açıqlanıb
- 30 dekabr, 2022
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
"Cari ildə həyata keçirilən tikinti layihələri ilə əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinə 491 sənəd daxil olub".
"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Layihələrin və ekoloji normativ sənədlərin ekspertizası şöbəsinin müdiri Mübariz Əliyev ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bütün müraciətlər elektron qaydada qəbul olunaraq araşdırılır: "Bu gün bunlar bizə bir pənəcərə sistemi vasitəsilə təqdim olunur. Zərurət olduğu halda layihələrin canlı müzakirəsi təşkil olunur. Layihələrin hər birinə baxılma müddəti ayrılıb. Sistem üzərində 15 gün ərzində layihəyə rəy verilməlidir".
Şöbə müdiri həmçinin cari ildə 445 ekoloji ekspertiza rəyinin verildiyini də bildirib: "Eyni zamanda ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə 52 rəy verilib, 175 ekoloji-normativ sənəd razılaşdırılıb. Həmçinin torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair 65, şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması layihəsi sənədlərinə 5 rəy verilib”.