Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzi açılacaq

Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzi açılacaq Hazırda ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir
Daxili siyasət
12 Fevral , 2021 16:54
Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzi açılacaq

Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

Xatırladaq ki, hazırda ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Son xəbərlər

Orphus sistemi