Bu il 5 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilib

Bu il 5 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilib Dövlət Miqrasiya Xidməti Zərdab rayonunda maarifləndirmə tədbiri keçirib və səyyar xidmət təşkil edib
Daxili siyasət
6 May , 2016 11:49
Bu il 5 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilib

Bakı. 6 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) Zərdab rayonunda maarifləndirmə tədbiri keçirib və səyyar xidmət təşkil edib.

Bu barədə "Report"a DMX-nin mətbuat xidmətindən bildirilib.

Yevlax regional miqrasiya idarəsinin əhatə etdiyi Zərdabda əvvəlcə 150-yə yaxın ictimaiyyət nümayəndəsinin, əcnəbi və vətəndaşlığı olmayan şəxsin, yerli icra hakimiyyəti orqanları və təhsil işçilərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev səyyar xidmətin əhəmiyyətindən danışıb.

Xidmətin məsul əməkdaşı bildirib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.

İştirakçıların nəzərinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ASAN xidmət mərkəzlərində bir neçə xidmət növü təqdim olunur.

Görüşdə vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı görülən işlər haqqında məlumat verilib. Vurğulanıb ki, görülən tədbirlərin nəticəsidir ki, təkcə 2016-cı ilin 1-cü rübündə Azərbaycan Prezidentinin sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilən 147 əcnəbi və vətəndaşlığı olmayan şəxsin 117-si vətəndaşlığı olmayan şəxsdir. Rüb ərzində Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilən şəxslərin sayı isə 5 nəfər olub.

Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciətlərin sayı bu ilin üç ayında 10 mindən çoxdur, onlardan da 9262 nəfər Azərbaycan Respublikasının vətəndaşı sayılıb.

Daha sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 39 şəxs istifadə edib. 

Son xəbərlər

Orphus sistemi