Bu il 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib

Bu il 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib Xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
Daxili siyasət
31 İyul , 2019 16:26
Bu il 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib

Xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və bölgə müşavirələrində aparılan müzakirələrin nəticələrinə həsr olunan geniş əməliyyat müşavirəsində qeyd olunub.

Aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi