Bu günədək Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib

Bu günədək Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib Karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq.
Daxili siyasət
19 May , 2020 16:19
Bu günədək Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib
0 : 00
0 : 00

"Karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir. Çünki xaricdən təxliyə edilən vətəndaşları biz iki həftə karantində saxlayırıq". 

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Deməliyəm ki, 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib. Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıb: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək", - Prezident İlham Əliyev bildirib. 

Dövlət başçısı qeyd edib ki, ən çox təxliyə edilən vətəndaşlarımız Rusiyadan gəlib: "Bu günə qədər Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq".

Son xəbərlər

Orphus sistemi