Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür"

Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür" Bakı. 20 yanvar. REPORT.AZ/ 20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş olub
Daxili siyasət
20 Yanvar , 2019 10:56
Səfir: 20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür

Bakı. 20 yanvar. REPORT.AZ/ "20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş olub"

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür. "Bu gün matəm günüdür. 1990-ci ilin bu günü qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu Azərbaycanın süverenlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş oldu", - deyə o qeyd edib.

Səfir həmçinin əlavə edib ki, 20 Yanvar milli qürur günüdür: "Bu gün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Şəhidləri sayğı ilə anırıq".

Son xəbərlər

Orphus sistemi