Yuxarı
    Bağlamaq

    BŞBPİ: Müsavatın mitinqində 500 nəfərədək adam iştirak edib

    Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Müsavat Partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda bu gün saat 15.00-dan 17.00-dək davam edən, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

    "Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilir.

    Məlumatda qeyd olunur ki, mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi