BŞBPİ: Milli Şuranın mitinqində 1 200 nəfərədək şəxs iştirak edib

BŞBPİ: Milli Şuranın mitinqində 1 200 nəfərədək şəxs iştirak edib Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.
Daxili siyasət
7 Oktyabr , 2017 17:03
BŞBPİ: Milli Şuranın mitinqində 1 200 nəfərədək şəxs iştirak edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda deyilir: “Oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1 200 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

Son xəbərlər

Orphus sistemi