Yuxarı
    Bağlamaq

    BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb

    İctimai asayişin kobud şəkildə pozulması halları qeydə alınmayıb

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

    Bakı Şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

    İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi