BMT-nin nümayəndə heyəti Füzuliyə səfər edib

BMT-nin nümayəndə heyəti Füzuliyə səfər edib BMT nümayəndələrindən ibarət nümayəndə heyəti Füzuliyə gəlib.
Daxili siyasət
16 Mart , 2023 08:19
BMT-nin nümayəndə heyəti Füzuliyə səfər edib

BMT nümayəndələrindən ibarət nümayəndə heyəti Füzuliyə gəlib.

"Report"un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Səfər zamanı Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlıq nəzərdə tutulub.

Həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.

BMT-nin nümayəndə heyəti əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender bərabərliyi məsələləri və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər sahələrinə yönəldəcək.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi