BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb

BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən Azərbaycan üzrə layihə sənədi hazırlanıb.
Daxili siyasət
5 Oktyabr , 2022 14:17
BMT-nin Məskunlaşma Proqramı Azərbaycan üzrə layihə sənədi hazırlayıb

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən Azərbaycan üzrə layihə sənədi hazırlanıb.

"Report"un xəbərinə görə, bunu Proqramın icraçı direktoru Maimuna Mohd Şərif oktyabrın 5-də Ağdamda Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə edib, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğulayıb.

O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi