Birlik sədri: Son on ildə Azərbaycan-Gürcüstan sərhədində heç bir mina faktı qeydə alınmayıb

Birlik sədri: Son on ildə Azərbaycan-Gürcüstan sərhədində heç bir mina faktı qeydə alınmayıb Son on ildə Azərbaycan-Gürcüstan sərhədində, eləcə də Ceyrançöl düzənliyində heç bir mina faktı və ya təhlükəsi qeydə alınmayıb.
Daxili siyasət
27 Fevral , 2024 12:40
Birlik sədri: Son on ildə Azərbaycan-Gürcüstan sərhədində heç bir mina faktı qeydə alınmayıb

Son on ildə Azərbaycan-Gürcüstan sərhədində, eləcə də Ceyrançöl düzənliyində heç bir mina faktı və ya təhlükəsi qeydə alınmayıb.

“Report”un xəbərinə görə, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"ın təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər Ceyrançöl adlanan ərazidə, Ağstafa rayonunun Saloğlu kəndinin ərazisində mina və partlamamış hərbi sursat qurbanı qeydə alınıb: "Bu da həmin ərazilərdə olmuş keçmiş SSRİ-yə məxsus hərbi poliqon və sursat anbarı ilə əlaqədar olub. Son illər ərzində Gürcüstanla sərhəddə yerli insanlar, ev və vəhşi heyvanlar arasında mina və PHS partlayışına məruzqalma faktı qeydə alınmayıb".

Son xəbərlər

Orphus sistemi