Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub

Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub Müvafiq əmrlər imzalanıb
Daxili siyasət
12 İyun , 2017 09:02
Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.

"Report"un məlumatına görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir: 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir)

Xatırladaq ki, bu il fevralın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Son xəbərlər

Orphus sistemi