Birinci Avropa Oyunlarının keçirilməsi zamanı iş vaxtı rejimi dəyişdiriləcək - FOTO

Birinci Avropa Oyunlarının keçirilməsi zamanı iş vaxtı rejimi dəyişdiriləcək - FOTO Nazirlər Kabineti iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncam verib
Daxili siyasət
1 Aprel , 2015 16:25
Birinci Avropa Oyunlarının keçirilməsi zamanı iş vaxtı rejimi dəyişdiriləcək - FOTO

Bakı. 1 aprel. REPORT.AZ/ Birinci Avropa Oyunlarının keçirilməsi zamanı iş vaxtı rejimi dəyişdiriləcək. Nazirlər Kabinetindən "Report"a bildirilib ki, bu barədə 18 mart 2015-cil tarixli sərəncam verib. Sərəncam Bakı şəhərində fəaliyyət göstərən dövlət və qeyri dövlət müəssisə və təşkilatlanda çalışan işçilərə şamil edilib. 

Sərancamda qeyd olunub ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi asasında və təhsil müəssisələrində işləyənlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:

- isçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;

- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;

- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;

- işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək;

Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:

- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dak;

- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.

Sərəncama əsasən, Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 342s nömrəli sərəncamının 2-ci hissəsində "iyunun 10-dan 30-dək" sözləri "mayın 1 -dən iyulun 1-dək" sözləri ilə əvəz edilir.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərancamda nəzərdə tutulmuş tədbirlərlə bağlı əhalinin 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə məlumatlandırılmasını təmin etsinlər. Eləcə də Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin qeyri-qanuni parklanma hallarının aradan qaldırılması üçün 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidirlər.

Son xəbərlər

Orphus sistemi