Yuxarı

Bir qrup gənc Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib

Etiraz aksiyasında Sənə qırmızı vərəqə, Ar olsun, Xəyal dünyandan çıx şüarları səsləndirilib

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib.

"Report"un xəbərinə görə, aksiya iştirakçıları Ə.Kərimlinin son günlər cəbhədə baş verənlərlə bağlı dövlətin siyasətini tənqid etməsinə etiraz edib.

Etiraz aksiyasında "Sənə qırmızı vərəqə", "Ar olsun", "Xəyal dünyandan çıx" şüarları səsləndirilib.

Aksiya polisin müdaxiləsi ilə dağıdılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi