Binədəki Şəhidlər xiyabanında aparılan təmir işləri yekunlaşıb

Binədəki Şəhidlər xiyabanında aparılan təmir işləri yekunlaşıb Xəzər rayonunun Binə qəsəbəsində Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında bir müddətdir davam edən təmir-tikinti işləri başa çatıb
Daxili siyasət
8 May , 2021 17:42
 Binədəki Şəhidlər xiyabanında aparılan təmir işləri yekunlaşıb

Xəzər rayonunun Binə qəsəbəsində Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında bir müddətdir davam edən təmir-tikinti işləri başa çatıb.

"Report" xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Şəhidlər xiyabanını ziyarət ediblər.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Elşən Salahov, deputatlar Soltan Məmmədov, Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və şəhid ailələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdikləri şərəfli döyüş yoludan və dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışıblar.

Milli Məclisin deputatı Soltan Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə xüsusi diqqət və həssasalıqla yanaşdığını vurğulayıb. 44 gün davam edən Vətən müharibəsinin məhz igid, qəhrəman oğulların fədakarlığı sayəsində tarixi qələbə ilə başa çatdığını qeyd edib.

Torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəmanın öz canından keçdiyini qeyd edən S.Məmmədov bildirib ki, şəhidlərin xatirəsinə ucaldılan ən möhtəşəm abidə məhz işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləridir. Binə qəsəbəsindəki Şəhidlər xiyabanının təmiri və abadlaşdırılması ilə bağlı təşəbbüsün müəllifi olmasından fəxr hissi keçirdiyini diqqətə çatdırıb.

Şəhid Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədzadə, şəhid Şirvani Həsənağa Bəhruz oğlunun anası Şəfəq Rəfiyevaya çıxış edərək, Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhidlərin ailələrinə və sağlamlığını itirmiş hərbçilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra şəhidlərin məzarları üstünə əklil və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib. Şəhidlərin xatirəsinə ehtiram ifadəsi olaraq ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, Binə Şəhidlər Xiyabanında 21 Vətən müharibəsi şəhidi dəfn olunub. Xəzər rayonu Vətən müharibəsində 48 şəhid verib.

Son xəbərlər

Orphus sistemi