Biləsuvarda “Müstəqilliyimizin zəfər salnaməsi” adlı elmi-praktik konfrans keçirilib

Biləsuvarda “Müstəqilliyimizin zəfər salnaməsi” adlı elmi-praktik konfrans keçirilib Biləsuvarda Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümünə həsr olunmuş “Müstəqilliyimizin zəfər salnaməsi” adlı elmi-praktik konfrans keçirilib
Daxili siyasət
18 Oktyabr , 2021 17:17
Biləsuvarda “Müstəqilliyimizin zəfər salnaməsi” adlı elmi-praktik konfrans keçirilib

Biləsuvarda Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümünə həsr olunmuş “Müstəqilliyimizin zəfər salnaməsi” adlı elmi-praktik konfrans keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müstəqilliyimizdən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda bildirilib ki, bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünü Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları böyük təntənə ilə qeyd edir. Ölkəmiz Milli dövlətçilik tarixində ikinci dəfə müstəqilliyə qovuşana qədər uzun bir yol keçmişdir. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti isə məhz bu müstəqilliyin qazanılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də ötən XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalmışdır.

1991-ci ilin 18 oktyabr tarixi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini elan etməsi müstəqil dövlətçilik yolunda yeni bir mərhələ olmuşdur. Tarixi reallıqlar bir daha göstərdi ki, hətta 71 illik sovet rejimi belə Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilməmişdir. Azərbaycan xalqı uzun illər böyük bir imperiyanın tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlaya bilmişdir.

Tədbir Dövlət Müstəqilliyimizə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə davam edib.

Son xəbərlər

Orphus sistemi