Biləsuvarda "Heydər Əliyev İli" çərçivəsində konfrans keçirilib

Biləsuvarda "Heydər Əliyev İli" çərçivəsində konfrans keçirilib Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq “Azərbaycanın müstəqilliyi əbədidir, sarsıl
Daxili siyasət
27 Aprel , 2023 23:25
Biləsuvarda Heydər Əliyev İli çərçivəsində konfrans keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Konfransda məruzə edənlər bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulmasından başlayaraq ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir.

Son xəbərlər

Orphus sistemi