Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB

Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsinə gətirilib.
Daxili siyasət
22 May , 2024 15:50
Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovla Biləsuvar rayonunun 1 saylı Cəbrayıl qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhidin nəşi Biləsuvardakı 3 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:20

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsinə gətirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, şəhidin nəşi qəsəbədə ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

E.İsaqov Biləsuvar rayonu 3 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi