Biləsuvarda 6 şəhidin xatirə lövhəsinin açılışı olub

Daxili siyasət
  • 11 yanvar, 2023
  • 14:41
Biləsuvarda 6 şəhidin xatirə lövhəsinin açılışı olub

Biləsuvar rayonunun Nərimankənd kəndində torpaqların azadlığı uğrunda şəhid olan 6 nəfərin xatirə lövhələrinin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, açılışlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Təşkil olunan tədbirlərdə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin döyüş yolundan danışılıb.

Daha sonra şəhidlərin yaşadığı evlərinə vurulan xatirə lövhələrinin açılışı olub.