Beynəlxalq Parlamentarilər Konqresi: "Səsvermə prosesi zamanı yüksək iştirakçılığın şahidi olduq"

Beynəlxalq Parlamentarilər Konqresi: "Səsvermə prosesi zamanı yüksək iştirakçılığın şahidi olduq" Səsvermə prosesi zamanı yüksək iştirakçılığın şahidi olduq. Bütün yaş kateqoriyasından olan seçicilər seçkilərdə həvəslə iştirak edirdilər.
Daxili siyasət
8 Fevral , 2024 10:46
Beynəlxalq Parlamentarilər Konqresi: Səsvermə prosesi zamanı yüksək iştirakçılığın şahidi olduq

Səsvermə prosesi zamanı yüksək iştirakçılığın şahidi olduq. Bütün yaş kateqoriyasından olan seçicilər seçkilərdə həvəslə iştirak edirdilər.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Parlamentarilər Konqresinin (BPK) nümayəndə heyətinin rəhbəri Soro Fobeh Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müşahidə missiyaları 5-i Bakıda, 5-i Sumqayıtda olmaqla 10 məntəqədə iştirak edib: "Səsvermə gününün uğurlu keçməsində baş çəkdiyimiz seçki məntəqələrinin əməkdaşları böyük rol oynayıb, onlar bizim bütün sorğularımıza tam cavab veriblər. İşçi heyətinin seçki prosesi ilə bağlı tam məlumatlı olduğunu gördük. Müşahidə zamanı biz pozuntu və qarışıqlıq hallarının şahidi olmadıq. Seçkilər zamanı diqqətimizi xüsusi bir məsələ cəlb etdi, fiziki məhdudiyyəti olan şəxslərə xüsusi şərait yaradılmışdı. Əlilliyi olan şəxslərə tam şəraitin yaradılmasını çox yüksək qiymətləndiririk. Biz Azərbaycanı bu təşəbbüsünə görə təbrik edirik. BPK-nın müşahidə missiyasını dəvət etdiklərinə görə Mərkəzi Seçki Komissiyası və Milli Məclisə təşəkkür edirik".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi