Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Qax rayonu ilə tanış olublar

Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Qax rayonu ilə tanış olublar "Qax rayonunda yaşayan əhali tərkibinin 83 faizini azərbaycanlılar təşkil edir"
Daxili siyasət
15 Fevral , 2017 19:17
Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Qax rayonu ilə tanış olublar

Bakı. 15 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 15-də fəaliyyətini Qaxda davam etdirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qış məktəbinin iştirakçıları səhər saatlarında Qax rayonundakı Kürmük məbədi ilə tanış olublar.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayondakı Heydər Əliyev Mərkəzində qış məktəbinin iştirakçılarını müxtəlif dini və etnik qrupların həmrəylik və qardaşlıq şəraitində yaşadığı bir məkanda salamlamaqdan məmnun olduğunu bildirib.

O bildirib ki, qax rayonunda yaşayan əhali tərkibinin 83 faizini azərbaycanlılar, 14 faizini gürcülər, 2 faizini saxurlar və 1 faizi digər azsaylı xalqların nümayəndələri təşkil edir. Qax tarixi və mədəniyyət baxımından Azərbaycanın multikultural bölgələrindəndir.

Qaxdakı Heydər Əliyev Mərkəzində tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq alim Ceyhun Eminli tələbələrə “Qafqaz Albaniyasının tarixi və irsi” mövzusunda mühazirə oxuyub.

Günün ikinci yarısında qış məktəbi iştirakçılarının Qaxa ekskursiyası təşkil edilib. Tələbələr Sumux qalasında, Səngər Qalada, şəhər məscidində, Qax rayon Tarix Diyarşünaslıq Muzeyində olublar. 

Son xəbərlər

Orphus sistemi