Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Nazir və qonaqlar tədbirin əvvəlində Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olub.
Xocalı soyqırımından danışan C.Bayramov qonaqlara tədbir iştirakçılarını bu faciə məlumatlandırıb.
O xatırladıb ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub: "1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Beynəxalq təşkilatlar hələ də hüquqi qiymət verməyib və səbəblarların cəzalandırılması üçün addım atılmayıb".
Tədbirdə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Sonda Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında "Xocalı bu olub" tamaşası nümayiş etdirilib.