Beynəlxalq Miqrasiya Təşkilatı azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb

Beynəlxalq Miqrasiya Təşkilatı azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.
Daxili siyasət
15 Mart , 2022 16:03
Beynəlxalq Miqrasiya Təşkilatı azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.

Qurumdan "Report"a daxil olan məlumatda deyilir:

"BMqT-nin Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə qoşulub. Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş 123 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyyəsini təşkil edəcək".

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev sözlərinə görə, təxliyənin qısa zaman kəsiyində təşkil etmək lazım idi: “Ukraynanı tərk etmiş bir qrup Azərbaycan vətəndaşının təxliyyəsi üçün avtobusların təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciət alanda biz tez hərəkət etməli olduq. BMqT-nin Polşadakı nümayəndəliyi və Baş Qərargah bu təxliyənin təşkilinə böyük dəstək verdi. Bu insanların çoxunun maddi vəziyyəti pis idi və öz ölkələrinə mümkün qədər tez qaytarılmaları üçün dəstəyə ehtiyacları var idi. Biz onların tezliklə vətənlərinə qayıtmalarını və dövlət qurumları ilə birgə xüsusən də həssas vəziyyətdə olanlara dəstək istiqamətində işləməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, BMqT-nin dəstəyi ilə Azərbaycana təxliyəsi təşkil olunan insanlar əsasən uzun müddət Xarkovda yaşayanlar və onların ailə üzvləri Xarkov universitetlərinin tələbələridir.

Son xəbərlər

Orphus sistemi