Beşinci "Yüksəliş"in qeydiyyat mərhələsindən sonra ilk dəfə kadr bankı təqdim olunacaq

Daxili siyasət
  • 28 fevral, 2025
  • 12:23
Beşinci Yüksəlişin qeydiyyat mərhələsindən sonra ilk dəfə kadr bankı təqdim olunacaq

Beşinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsindən sonra ilk dəfə kadr bankı təqdim olunacaq.

Bu fikirləri “Report”un sualına cavabında “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, finala yüksələn iştirakçılar barədə müxtəlif dövlət qurumlarına kifayət qədər məlumat təqdim edilir: “Hesab edirik ki, bu, onların potensial dəyərləndirməsinə kömək edir”.