Yuxarı

Beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar

Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar

Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən ilin noyabrın 1-də keçirilən parlament seçkiləri ilə formalaşdırılan beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar. 

“Report” xəbər verir ki, yanvarın 1-dən tətilə buraxılıblar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar.

Qeyd edək ki, Nizamnaməyə əsasən, tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi