Beş yaşlı uşaq əfv olunan atasını qarşılamağa gəldi 

Beş yaşlı uşaq əfv olunan atasını qarşılamağa gəldi  Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunaraq 15 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Zakir Mustafayevi qarşılamağa gələnlər arasında onun azyaşlı övladı da olub
Daxili siyasət
1830
19 Mart , 2021 12:28
Beş yaşlı uşaq əfv olunan atasını qarşılamağa gəldi 

Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunaraq 15 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Zakir Mustafayevi qarşılamağa gələnlər arasında onun azyaşlı övladı da olub.

"Report" xəbər verir ki, 5 yaşlı Əliəsgər Mustafayevin cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan atasını boynuna sarılaraq qucaqlaması ətrafdakı insanların göz yaşlarına səbəb olub.

Ailəsinin sözlərinə görə, 2015-ci il təvəllüdlü Əliəsgər Mustafayev atası həbs olunan zaman 4 aylıq olub.

Z.Mustafayev əfv olunduğu üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Z.Mustafayev 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuşdu.

Son xəbərlər

Orphus sistemi