Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalova ilə Bərdə şəhərində keçirilən vida mərasimi başa çatıb.
“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Bərdə şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Bərdə Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları Bərdə rayonuna gətirilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Bərdə rayonunda ailəsinə təhvil verilib.
Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində (“Tunel” adlanan ərazi) itkin düşüb. T.Zeynalovanın qalıqları Xocalı rayonunun Malıbəyli kəndindəki məzarlıqda aşkar edilib.
T.Zeynalova Bərdə şəhər qəbiristanlığında dəfn olunacaq.