Bələdiyyələrin büdcə məlumatlarını açıqlaması məcburiləşdirilir

Bələdiyyələrin büdcə məlumatlarını açıqlaması məcburiləşdirilir Layihə parlamentin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
2 Mart , 2017 12:34
Bələdiyyələrin büdcə məlumatlarını açıqlaması məcburiləşdirilir

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda bələdiyyə büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitlə yerli əhalini tanış etmək məqsədilə məlumatları xüsusi lövhələrdə yerləşdirəcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Qanuna görə, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb edir.

Layihəyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən 1 ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi