Yuxarı

"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsinə yeni əlavələr edilib

Layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. "Report"un xəbərinə görə, komitə sədri Arif Rəhimzadə məlumat verərək bildirib ki, birinci oxunuşdan sonra layihəyə yalnız texniki redaktə xarakterli təkliflər əlavə olunub.

O qeyd edib ki, üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.

Layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi