Belaruslu müşahidəçi: Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Belaruslu müşahidəçi: Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub Biz Azərbaycanda keçirilən seçkilərin təşkili səviyyəsini yüksək qiymətləndiririk.
Daxili siyasət
1 Sentyabr , 2024 12:32
Belaruslu müşahidəçi: Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Biz Azərbaycanda keçirilən seçkilərin təşkili səviyyəsini yüksək qiymətləndiririk.

Bu barədə "Report"a açıqlamasında MDB Parlamentlərarası Assambleyasında (MDB PA) Belarusdan olan müşahidəçisi, bu ölkənin parlamentinin üzvü Vladimir Borovenko məlumat verib.

“Məntəqələrin necə hazırlandığı dərhal nəzərə çarpır. Hər şey ən yüksək səviyyədə təşkil olunub”, - o bildirib.

V.Borovenko onu da qeyd edib ki, digər seçki məntəqələrində olarkən də təşkilatçılığın yaxşı olduğunu müşahidə edib: “Biz artıq MDB PA-dan olan həmkarlarımızla daha 7 seçki məntəqəsində olmuşuq, ona görə də artıq müəyyən təəssüratlarımız yaranıb. Seçkilərin yüksək təşkilini, Mərkəzi Seçki Komissiyası tərəfindən aparılan hazırlıq işlərini xüsusilə qeyd etmək istərdim”.

Son xəbərlər

Orphus sistemi