Bəhruz Bayramov Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib

Bəhruz Bayramov Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov fevralın 28-də Bəhruz Bayramovun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
28 Fevral , 2023 21:20
Bəhruz Bayramov Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov fevralın 28-də Bəhruz Bayramovun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un yerli bürosu xəbər verir ki, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin".

İmzalanan digər Sərəmcamla Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xəyalə Dadaşovaya həvalə edilib.

Son xəbərlər

Orphus sistemi