Yuxarı
    Bağlamaq

    BDYPİ-nin “Siqnal” idarəsinin rəisi işdən çıxarılıb

    Onun yerinə polis polkovnik-leytenantı Mahir Məmmədyarov təyin edilib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə (İLİİ) yeni rəis təyin olunub.

    “Report”un əldə etdiyi məlumata görə, idarə rəisi Məhəmməd Məmmədov vəzifədən azad edilib. Buna səbəb M.Məmmədovun təqaüd yaşına çatması göstərilib.

    Onun yerinə polis polkovnik-leytenantı Mahir Məmmədyarov təyin edilib.

    M.Məmmədyarov bundan əvvəl BDYPİ-də tağım komandiri vəzifəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi