Baş Prokurorluqda "Qanun keşikçiləri" filminin təqdimatı olub

Baş Prokurorluqda "Qanun keşikçiləri" filminin təqdimatı olub Baş Prokurorluqda "Qanun keşikçiləri" adlı bədii-sənədli filmin təqdimatı keçirilib.
Daxili siyasət
11 fevral 2021 06:21
Baş Prokurorluqda Qanun keşikçiləri filminin təqdimatı olub

Baş Prokurorluqda "Qanun keşikçiləri" adlı bədii-sənədli filmin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, baş prokuror Kamran Əliyev, Prezidentin köməkçisi, Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, prokurorluq əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri filmi seyr ediblər.

K.Əliyev çıxışında prokurorluq orqanlarına diqqətə görə ölkə başçısına təşəkkür edib.

Filmin təqdimatı zamanı qeyd olunub ki, Azərbaycan Prokurorluğunun keçdiyi bir əsrlik inkişaf yolunu özündə əks etdirən "Qanun keşikçiləri" bədii sənədli filmi 102 illik fəaliyyətə qısa səyahətdir.

Baş Prokurorluğun Mətbuat xidmətinin təşkilatçılığı ilə ərsəyə gəlmiş filmin rejissoru Ramil Ağasıyev, ssenarist jurnalist Lalə Ədalətqızıdır.

Filmin baş qəhrəmanı-prokuror rolunun ifaçısı aktyor, əməkdar artist Elşən Rüstəmovdur.

Respublika prokurorluğunun əməkdaşlarının da iştirak etdiyi bu film prokurorluqda aparılan son islahatları, müsbət inkişafı əhatə edir.

Orphus sistemi