Baş Prokurorluqda “Elektron cinayət işi” və “Elektron cinayət xəritəsi” proqramlarının təqdimatı olub

Baş Prokurorluqda “Elektron cinayət işi” və “Elektron cinayət xəritəsi” proqramlarının təqdimatı olub Baş Prokurorluğun inzibati binasında “Elektron cinayət işi” və “Elektron cinayət xəritəsi” proqramlarının təqdimatı keçirilib.
Daxili siyasət
3 İyun , 2022 11:35
Baş Prokurorluqda “Elektron cinayət işi” və “Elektron cinayət xəritəsi” proqramlarının təqdimatı olub

Baş Prokurorluğun inzibati binasında “Elektron cinayət işi” və “Elektron cinayət xəritəsi” proqramlarının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə istintaq aparan hüquq-mühafizə orqanları və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak edib.

Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov müasir informasiya texnologiyalarının tətbiqi barədə iştirakçılara məlumat verib.

Qeyd olunub ki, proqram daxili şəbəkədir, qlobal çıxışı yoxdur. Bildirilib ki, proqram vasitəsilə prokurorlar yalnız öz icraatında olan işlərə daxil ola bilər.

Ümumi sistemdə bütün işlərə isə idarə, rayon prokurorları, Baş Prokuror və onun müavinləri daxil ola bilər.

Son xəbərlər

Orphus sistemi