Yuxarı

Baş Prokurorluq agentlik rəhbərinə xəbərdarlıq edib

Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda araşdırma aparılıb

Bakı. 13 may. REPORT.AZ/ Baş Prokurorluq agentlik rəhbərinə xəbərdarlıq edib. Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılan araşdırmalarla Jurnalist Araşdırma Mərkəzinin (JAM.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda, onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən edilib. 

Bununla əlaqədar agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi