Lənkəran hərbi prokuroru və daha bir prokuror təqaüdə göndərilib

Lənkəran hərbi prokuroru və daha bir prokuror təqaüdə göndərilib Yaş həddinə çatmasına görə qulluq keçməsinə xitam verilmiş prokurorluğun veteranları Baş prokurorun birinci müavini tərəfindən qəbul edilib İyunun 6-da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsin
Daxili siyasət
6 İyun , 2023 18:35
Lənkəran hərbi prokuroru və daha bir prokuror təqaüdə göndərilib

İyunun 6-da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Əli Abdullayev təqaüdə çıxmaları ilə əlaqədar Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə prokurorluğun hər iki veteranına uzunmüddətli səmərəli, həmçinin, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə minnətdarlıq ifadə edilib.

Azərbaycan Baş prokuroru Kamran Əliyevin əmrləri ilə təltif olunmuş prokurorluğun hər iki veteranına “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib, birlikdə xatirə şəkli çəkilib.

Son xəbərlər

Orphus sistemi