Baş Prokurorluğun kollektivi peşə bayramı münasibətilə Fəxri və Şəhid xiyabanlarını ziyarət edib

Baş Prokurorluğun kollektivi peşə bayramı münasibətilə Fəxri və Şəhid xiyabanlarını ziyarət edib Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilibb
Daxili siyasət
30 Sentyabr , 2017 10:51
Baş Prokurorluğun kollektivi peşə bayramı münasibətilə Fəxri və Şəhid xiyabanlarını ziyarət edib
Report/Elshan Baba

Bakı. 30 sentyabr. REPORT.AZ/ Baş Prokurorluğunun əməkdaşları 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğunun yaradılmasının 99-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhramanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin öünüə əklil qoyublar.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

Foto: Elshan Baba

Son xəbərlər

Orphus sistemi