Kamran Əliyev Qəbələdə prokurorluğun yeni inzibati binasının açılışında iştirak edib - YENİLƏNİB

Kamran Əliyev Qəbələdə prokurorluğun yeni inzibati binasının açılışında iştirak edib - YENİLƏNİB Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak etmək üçün Baş prokuror Kamran Əliyev Qəbələyə səfər edib.
Daxili siyasət
14 İyun , 2023 12:04
Kamran Əliyev Qəbələdə prokurorluğun yeni inzibati binasının açılışında iştirak edib - YENİLƏNİB

İyunun 14-də Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, açılış mərasimində Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.

Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib.

Tədbiri giriş sözü ilə açan Baş prokuroru K.Əliyev Ümummilli Lider Heydər Əliyev, eləcə də Azərbaycanın Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri daimi diqqət və qayğıdan bəhs edib.

K.Əliyev dövlətə, dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.

Bildirilib ki, Qəbələ Rayon Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edir.

Prokurorluq orqanlarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə bəhs edib.

K.Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Daha sonra iştirakçılar Qəbələ Rayon Prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, kriminalistika otağı, kitabxana, yeməkxana, dəftərxana, arxiv və idman zalı yaradılıb.

Bildirilib ki, Qəbələ Rayon Prokurorluğu üçün müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Sonda xatirə fotoşəkli çəkilib.

11.34

Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak etmək üçün Baş prokuror Kamran Əliyev Qəbələyə səfər edib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, açılış mərasimindən öncə K.Əliyev Ulu Öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib.

Açılış mərasimindən sonra Qəbələ şəhərində Azərbaycanın Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasın keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi