Baş prokuror: "MSK Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ araşdırılacaq"

Baş prokuror: "MSK Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ araşdırılacaq" Mərkəzi Seçki Komissiyası (MSK) deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər.
Daxili siyasət
1 Oktyabr , 2019 10:38
Baş prokuror: MSK Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ araşdırılacaq
Baş prokuror Zakir Qaralov j / Report / Elchin Murad

"Mərkəzi Seçki Komissiyası (MSK) deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər".

"Report"un xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda R.Cəbrayılovun həmin işlə bağlı iddia ərizəsinə mülki qaydada baxılır: "Əgər məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, Rəfael Cəbrayılovun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq". 

Son xəbərlər

Orphus sistemi