Yuxarı

​Baş prokuror Lerikdə vətəndaşları qəbul edib

Görüşdə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi diqqətə çatdırılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın Baş prokuroru Zakir Qaralov Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarından olan vətəndaşlar ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 26 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi