“Birinci Qarabağ müharibəsində 4 minə yaxın itkin düşən şəxsimiz vardı, biz artıq bu istiqamətdə işlərə başlamışıq. Qəbirlərin açılmasında məqsəd şəxslərin DNT nümunələrinin götürülməsi və şəxsiyyətlərinin müəyyən edilməsidir. Torpaqlar işğaldan azad edildikdən sonra qazıntılar aparan zaman müəyyən istintaq tədbirləri həyata keçirilib. Artıq orada cəsədlər aşkar edilib”.
Bunu “Report”un sualına cavab olaraq Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
“Həmin itkin düşmüş şəxslərin yaxınlarından, qohumlarından DNT nümunələrinin götürülməsini həyata keçirmişik. Son məqsədimiz Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin müəyyən edilməsi və onların meyitlərinin yaxınlarına qaytarılmasıdır”, - K.Əliyev əlavə edib.