Baş prokuror Füzulidə vətəndaşlarla görüşəcək

Baş prokuror Füzulidə vətəndaşlarla görüşəcək Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 21-i saat 10:00-da Füzuli Rayon Prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu k
Daxili siyasət
12 Aprel , 2022 10:47
Baş prokuror Füzulidə vətəndaşlarla görüşəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 21-i saat 10:00-da Füzuli Rayon Prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Füzuli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən baş tutacaq.

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi