Baş prokuror Cəlilabadda vətəndaşlarla görüşəcək

Baş prokuror Cəlilabadda vətəndaşlarla görüşəcək Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq
Daxili siyasət
9 Mart , 2017 11:36
Baş prokuror Cəlilabadda vətəndaşlarla görüşəcək
Report.az

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 17-də saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu və [email protected] poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi