Baş prokuror Kamran Əliyev Cəlilabadda vətəndaşları qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Baş prokuror Kamran Əliyev martın 5-də, saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Qeyd edilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.