Yuxarı
    Bağlamaq

    Baş prokuror: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün bütün şərait var”

    Zakir Qaralov: “Korrupsiyaya qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır”

    Bakı. 6 iyun. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə islahatlar həyata keçirilib, nailiyyətlər əldə edilib”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib. 

    O bildirib ki, Azərbaycanda liberallaşma, davamlı islahatlar, iqtisadiyyatın şaxələndirilməsi əsas istiqamətlərdəndir: “Ölkəmiz İslam dünyası ilə həmrəyliyi ifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri ilə normal münasibətlər saxlayır, iqtisadi və mədəni əlaqələr genişləndirilir. 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi ilə digər müsəlman ölkələri əlaqələri gücləndirir. Müstəqilliyin ilk illərində siyasi tənəzzülə uğrayan ölkəmizin daxilində qeyri-sabitlik vardı. Belə ağır şəraitdə xalqın tələbi ilə hakimiyyətə ulu öndər Heydər Əliyev gəldi. Bundan sonra Azərbaycan inkişaf etdi. Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf etdi, insan hüquq və azadlıqları təmin edildi, iqtisadi inkişafa nail olundu. Korrupsiyaya qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır. Bu sahədə qanunvericilik tam təkmilləşdirilib, işlək mexanizm yaradılıb. Tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün bütün şərait var”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi